Dünya

Ölümündən sonra ən yüksək mükafatla təltif edildi - FOTO

15 Oktyabr 2025 10:32
Baxış: 486
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ prezidenti Donald Trump sağçı şərhçi Çarli Kirkə ölümündən sonra ölkənin ən yüksək mülki mükafatı - Prezidentin Azadlıq Medalını təqdim edib.

Milli.Az xəbər verir ki, mərasim Ağ Evdə Kirkin 32 yaşı tamam olacağı gündə keçirilib.

Kirk sentyabrda Yuta Vadisi Universitetində silahlı hücum nəticəsində öldürülmüşdü. O, "Turning Point USA" təşkilatının rəhbəri kimi gənc mühafizəkarların Trampı dəstəkləməsində mühüm rol oynamışdı.

Mərasimdə Kirkin həyat yoldaşı Erika Kirk çıxış edərək gələcəkdə prezidentliyə namizəd ola biləcəyini söyləyib.

Tramp isə çıxışında solçu radikalları zorakılıqda ittiham edib və Kirkin ölümünü milli təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsinə əsas kimi göstərib.

Xatırladaq ki, 32 yaşlı Çarli Kirk 2025-ci il sentyabrın 10-da Utah Universitetində çıxışı zamanı silahlı hücum nəticəsində həyatını itirib. Kirk Trampın açıq tərəfdarlarından biri kimi tanınırdı.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.