Bir çox insan pəhriz saxladığını və sağlam qidalandığını düşünsə də, tərəziyə çıxanda rəqəmlərin dəyişmədiyini görür. Mütəxəssislərin fikrincə, "az yemək" hər zaman arıqlamaq üçün kifayət deyil; bəzən bədən daxili maneələr səbəbindən çəki verməyə müqavimət göstərir.
Milli.Az xəbər verir ki, arıqlamağa mane olan əsas gizli səbəblər bunlardır:
Hormonal pozuntular
Əgər bədəninizdə tiroid hormonları yavaş işləyirsə (hipotireoz) və ya insulin müqaviməti varsa, nə qədər az yesəniz də arıqlamaq çətin olacaq. Xüsusilə insulin müqaviməti bədənin yağları yandırmaq əvəzinə depolamasına səbəb olur.
Gizli qida dözümsüzlüyü (İntolerans)
Hər kəs üçün "sağlam" hesab olunan qidalar sizin bədəniniz üçün uyğun olmaya bilər. Bədənin həzm edə bilmədiyi qidalar daxili iltihaba (enflamasyon) və ödemə səbəb olaraq çəki itkisini dayandırır.
Stress və kortizol hormonu
Daimi stress bədəndə kortizol hormonunu artırır. Yüksək kortizol isə xüsusilə qarın nahiyəsində yağların toplanmasına şərait yaradır. Yuxusuzluq da bu prosesi tetikləyən əsas amillərdən biridir.
Bağırsaq florasının pozulması
Bağırsaqlardakı faydalı bakteriyaların azalması və zərərli mikrobların artması maddələr mübadiləsini yavaşladır. Sağlam bağırsaq sistemi olmadan sağlam arıqlamaq demək olar ki, qeyri-mümkündür.
Yanlış detoks və vitamin çatışmazlığı
Bədəndə ağır metalların və toksinlərin toplanması piylərin parçalanmasına mane olur. Həmçinin, D vitamini, B12 və maqnezium çatışmazlığı maddələr mübadiləsinin "mühərrikini" yavaşladır.
Lalə Qüdrətova
Milli.Az





