Sosial şəbəkə və bəzi saytlarda yayılan görüntülərdə Bakıdan Gəncəyə yola düşən avtobusda sürücü yol boyu dəfələrlə sükanı buraxaraq hər iki əli ilə mobil telefonda oyun oynadığı görüntüləri yayılıb.
Yayılan görüntülərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Milli.Az-a verilən məlumata görə Yanvarın 15-də Bakıdan Gəncəyə gedən avtobusun sürücüsünün hər iki əlini sükandan buraxaraq mobil telefonda oyun oynamağı ilə bağlı yayılan görüntü ilə əlaqədar AYNA-da araşdırma aparılıb.
"Məlum olub ki, "Uğurlu yol" MMC-yə məxsus 77-JK-411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Namiq Cənnətovdur. Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü daşıyıcı şirkət tərəfindən artıq işdən çıxarılıb. Qeyd edək ki, həmin sürücünün gələcəkdə digər marşrutlarda işlə təmin olunması məqsədəuyğun hesab edilmədiyindən, bütün daşıyıcılar bu barədə məlumatlandırılıb və onlara sərnişindaşıma norma və qaydalarına riayət edilməsi barədə bir daha tapşırıq verilib", - deyə məlumatda qeyd olunub.
Milli.Az





