Tailand və Kamboca atəşkəs barədə razılığa gəliblər.
Milli.Az bu barədə Reuters-ə istinadla xəbər verir.
Malayziyanın Baş naziri Anuar İbrahim Reuters agentliyinə bildirib ki, Tailand və Kamboca sərhəddə gərginliyin artması fonunda dərhal və qeyd-şərtsiz atəşkəs elan edilməsi barədə razılığa gəliblər.
Atəşkəs razılaşması iyulun 29-u yerli vaxtla saat 00:00-da (Bakı vaxtı ilə 28 iyul saat 20:00-da) qüvvəyə minəcək.
Bundan əvvəl Tailand və Kamboca nümayəndələrinin sərhəddə atəşkəsin təmin olunması ilə bağlı Malayziyanın Putrajaya şəhərində danışıqlara başladığı məlum olmuşdu.
Milli.Az