Əli Əsədov qərar imzaladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir pəncərə" prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası" təsdiq edilib.
Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Qayda "Bir pəncərə" prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyəti tənzimləyir.
Agentlik və Komitə ölkəyə idxal olunan mallara nəzarətin həyata keçirilməsi, texniki tənzimləmə sahəsində risklərin idarə edilməsi, sahibkarlıq subyektlərinin və istehlakçıların hüquqlarının müdafiəsi və malların idxalı zamanı gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi məqsədilə malların idxalatçıları, həmçinin malların gömrük ərazisinə daxil olması barədə məlumatların mübadiləsini həyata keçirirlər.
Agentlik uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinə daxil olmuş uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə məlumatların real vaxt rejimində Komitəyə ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.
Komitə idxal olunan gömrük rəsmiləşdirilməsi başa çatmış mallara dair gömrük bəyannaməsində əks olunan müvafiq məlumatları (malı göndərən, malı qəbul edən, malın adı, təsviri (miqdarı, növü), kodu, çəkisi, "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədlərinin nömrəsi) real vaxt rejimində Agentliyə ötürür.
Agentlik mallara münasibətdə istehlakçıların təhlükəsizliyinin təmin olunması və bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində istehlak bazarlarına çıxarılmış idxal mallarına aparılmış nəzarət tədbirləri zamanı Agentliyin müəyyən etdiyi təhlükəli hallar barədə Komitəyə məlumat ötürür.
Bu Qaydada nəzərdə tutulmuş məlumatların mübadiləsi Agentlik və Komitə arasında real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə həyata keçirilir və bu məlumatlar Tərəflərin səlahiyyətləri çərçivəsində istifadə edilə bilər. Əldə olunmuş məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla üçüncü tərəflərə təqdim olunmamalıdır.
Məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) həmin informasiya ehtiyatlarına və sistemlərinə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.
Agentlik və Komitə ölkəyə idxal olunmuş malların dövriyyəsi sahəsində risklərin idarə edilməsi, təhlili, mallara, onların saxlanma yerlərinə və daşınma şəraitinə nəzarətin təşkili, habelə monitorinqlər də daxil olmaqla, malların dövriyyəsi ilə məşğul olan idxalatçıların maarifləndirilməsi üçün birgə tədbirlər həyata keçirə bilərlər.
Bu Qayda barəsində qüvvəyə minmiş texniki reqlament və istinad standartları qəbul edilmiş mallara münasibətdə tətbiq olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var





