Sübhan Məmmədov Rusiyada axtarışa verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada "Subo" ləqəbli azərbaycanlı bloqer Sübhan Məmmədova qarşı Cinayət Məcəlləsinin "vergi ödəməkdən yayınma" və "qeyri-qanuni yollarla əldə olunan pul vəsaitlərinin leqallaşdırılması" maddələri ilə qiyabi ittiham irəli sürülüb.
Onun atası və qardaşı da eyni cinayət əməllərinin törədilməsində təqsirləndirilir.
Onun barəsində federal axtarış elan edilib.
İstintaqın versiyasına görə, onlar 2020-2022-ci illər ərzində yaratdıqları vergidən yayınma sxeminin köməyi ilə 50 milyon rubl məbləğində vəsaiti Rusiyanın dövlət büdcəsinə ödəməkdən yayınıb.
Adıçəkilən şəxslər, həmçinin cinayət yolu ilə əldə edilmiş 10 milyon rubl məbləğindəki vəsaiti bahalı avtomobilin alınmasına sərf ediblər. Onların üzərinə 20 milyon dollar məbləğində cərimə və dəbbə pulu ödənilməsi öhdəliyi də qoyulub.
İndiyədək həmin məbləğin 9 milyon rublunun büdcəyə qaytarıldığı açıqlanıb.
***
Rusiya İstintaq Komitəsinin müstəntiqləri bloger Suboya (Sübhan Məmmədov) qarşı qiyabi olaraq 20 milyon rubl (cari məzənnə ilə 252,2 min dollar) məbləğində vergi ödəməkdən yayınma və pul vəsaitlərinin leqallaşdırılması ittihamı irəli sürüblər.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.
"Moskva vilayəti üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin istintaq orqanları tərəfindən bloger Sübhan Məmmədova qarşı qiyabi olaraq ittiham irəli sürülüb. O, xüsusilə iri məbləğdə vergi ödəməkdən yayınma və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunur. Bundan əlavə, yuxarıda sadalanan cinayətlərin törədilməsində ittihamlar daha əvvəl onun qardaşı və atasına qarşı da irəli sürülüb", - məlumatda bildirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı
-
Rusiyada bu hava limanı yenə bağlandı
-
Rusiyanın atdığı raket Polşa ərazisinə düşdü – (Video)
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
Putin xərçəng xəstəsi olan “Lerçek”İ əfv etdi
-
Putin 175 il sonra dəyişir: Çarın tikdirdiyi 22 saatlıq yolda SSRİ mühasirəyə düşmüşdü
XƏBƏR LENTİ
-
Noyabrın “əsas qəhrəman” bürcləri
-
Tənhalıq demensiya riskini artırır
-
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək





