Hadisə

Şəkidə ağır qəza - ölən və yaralananlar var - YENİLƏNİB

28 İyul 2025 22:08
Baxış: 636
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

22:08

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki şəhəri, Çayqaraqoyunlu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mitsubishi" və "ВАЗ" markalı iki minik avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

----------
18:50


Bu gün saat 17 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində "VAZ-2107" və "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.