Cəmiyyət

Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA

28 İyul 2025 14:04
Baxış: 1 425
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, dünən dünya şöhrətli müğənni Castin Timberleykin Bakıda konserti baş tutub.

Bakı Olimpiya Stadionunda (BOS) keçirilən konsertə minlərlə tamaşaçı axın edib.

Bununla yanaşı müğənninin konsertini izləmək üçün Bakıya 20 mindən çox turistin gəldiyi bildirilib. 

Bəs dünya ulduzunun Bakı konsertində nə qədər tamaşaçı itirak edib?

Milli.Az xəbər verir ki, BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə azxeber.com-a açıqlamasında dünən baş tutan konsertdə təxminən 50 minə yaxın insanın iştirak etdiyi bildirib:

"Müğənni Castin Timberleykin Bakı Olimpiya Stadionunda baş tutan konsertinin bilet satışları ilə "İticket" məşğul olurdu. Ancaq onu deyə bilərəm ki, konsertdə təxmini 50 min insan var idi. Bura könüllülər, işçi heyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.