Rusiyanın "Aeroflot" hava yolları şirkətinin informasiya sistemində baş verən xətaya görə reyslərini təxirə salması Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə heç bir təsir göstərməyib.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
"Aviaşirkətin bütün reysləri qrafik və ya proseslərdə dəyişiklik edilmədən adi rejimdə qəbul edilir və onlara xidmət göstərilir", - hava limanından bildirilib.
Qeyd medək ki, Rusiyanın "Aeroflot" hava yolları şirkəti informasiya sistemində baş verən xətaya görə Moskvadan 42 hava reysini təxirə salıb. Aviaşirkət reyslər barədə aktual məlumatları aeroportun rəsmi saytından dəqiqləşdirməyə çağırıb.
Milli.Az