UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - VIII turu çərçivəsində "Liverpul"la üz-üzə gələcək "Qarabağ" futbol komandası qarşılaşma ərəfəsində oyunöncəsi məşqini "Enfild" stadionunda keçirib.
Milli.Az xəbər verir ki, bu görüş Azərbaycan futbolu baxımından xüsusi önəm daşıyır. Belə ki, Ağdam təmsilçisi səfər oyununda qələbə qazanacağı və ya heç-heçə edəcəyi halda, növbəti pley-off mərhələsinə vəsiqəni təmin etmiş olacaq.
Xatırladaq ki, "Qarabağ" cari mövsümdə Avropa arenasında uğurlu çıxışı ilə diqqət mərkəzindədir. Komanda "Benfika", "Kopenhagen" və Almaniyanın "Ayntraxt" klublarını məğlub edərək iddialı performans nümayiş etdirib, güclü rəqiblərlə oyunlarda isə rəqabətədavamlı futbol sərgiləyib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Tural
Milli.Az





