İdman

Türkiyə millisinin sabiq futbolçusu Azərbaycandan təklif alıb

28 Yanvar 2026 08:24
Baxış: 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşqçi kimi Azərbaycan klublarından təklif almışdım.

Milli.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Yıldıray Baştürk deyib. Mütəxəssis vaxtilə ölkəmizin bir neçə klubunun onun xidmətlərindən yararlanmaq istədiyini deyib: "Hətta danışıqlarmız da olmuşdu. Lakin müəyyən məsələlərdə razılığa gələ bilmədik. Komandaların adını demək düzgün çıxmaz. Amma Azərbaycanda işləməyə hər zaman açıq olmuşam".

Qeyd edək ki, Yıldıray Baştürk karyerası ərzində Almaniyanın "Boxum", "Herta", Bayer" (Leverkuzen), "Ştutqart" və İngiltərənin "Blakbörn" komandalarında çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.