Fevral ayında təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti Nyu-York Ticarət Birjasının "Comex" bölməsində tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 5 200 dollardan yuxarı qalxıb.
Milli.Az xəbər verir ki, bunu ticarət platformasının məlumatları təsdiq edir.
Bakı vaxtı ilə saat 05:40-a olan məlumata görə, qiymətli metalın dəyəri 2,41 faiz artaraq bir unsiya üçün 5 205,1 dollar təşkil edib. Saat 05:45-də isə artım sürətlənib və qızılın qiyməti 5 216,7 dollara (+2,64 faiz) yüksəlib.
Saat 06:32-də növbəti rekord qeydə alınıb - qızılın qiyməti bir troya unsiyası üçün 5 224,2 dollar səviyyəsinə çatıb.
Milli.Az





