UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turu çərçivəsində "Qarabağ" bu gecə növbəti və həlledici oyununa çıxacaq.
Milli.Az xəbər verir ki, Azərbaycan təmsilçisi İngiltərənin nəhəngi "Liverpul"la qarşılaşacaq. Görüş Liverpul şəhərində yerləşən məşhur "Enfild Rouad" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri kimi Branislav Hançko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR sistemində niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində indiyədək keçirdiyi yeddi oyunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətlə 10 xal toplayıb. Ağdam təmsilçisi hazırda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
29 yanvar
UEFA Çempionlar Liqası
VIII tur
Saat 00:00 - "Liverpul" - "Qarabağ"
Tural
Milli.Az





