Pandemiya hər kəsin beynini qocaldıbmış - Araşdırma
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərədə aparılan son araşdırma pandemiyanın təkcə bədən sağlamlığına deyil, beyin fəaliyyətinə də mənfi təsir etdiyini üzə çıxarıb. Nottingham Universitetinin alimləri tərəfindən aparılan genişmiqyaslı tədqiqatda məlum olub ki, COVID-19 pandemiyası zamanı insanların beyinləri 2020-ci ildən əvvəlki dövrlə müqayisədə orta hesabla 5,5 ay daha tez yaşlanıb.
Milli.Az xəbər verir ki, UK Biobank layihəsində yer alan 15 min nəfərdən çox yetkin şəxsin beyin görüntüləri üzərində aparılan analizlər nəticəsində bu qənaətə gəlinib. Alimlər pandemiyadan əvvəl və pandemiya dövründə taranan insanların beyin yaşlarını xüsusi süni intellekt modeli ilə müqayisə ediblər.
Tədqiqatı aparan nevroloq Ali-Reza Mohammadi-Nejad bildirib ki, virusu keçirməyən şəxslərdə belə beyin yaşlanmasında artım qeydə alınıb:
"İzolyasiya, qeyri-müəyyənlik və sosial təcrid kimi faktorlar belə mənfi nəticələrə səbəb olub."
Nevroloq Dorothee Auer isə bildirib ki, əldə olunan nəticələr iki ayrı zaman nöqtəsinə əsaslandığı üçün, bu dəyişikliklərin geri dönməsi mümkündür.
"Bu, beyin sağlamlığı üçün ümidverici perspektivlər yaradır," - deyə o qeyd edib.
Araşdırmada vurğulanır ki, beyin yaşındakı bu artım hər zaman zehni performansın zəifləməsi demək deyil. Əsl bilişsel geriləmə halları yalnız COVID-19 virusu ilə yoluxmuş şəxslərdə müşahidə olunub.
Tədqiqatın nəticələrinə görə, kişilərdə və yaşlı, sosial və iqtisadi cəhətdən zəif təbəqələrə mənsub şəxslərdə daha çox beyin dəyişiklikləri qeydə alınıb.
Alimlər bildirirlər ki, bu tədqiqat hələ ilkin nəticələr təqdim etsə də, gələcəkdə daha geniş və uzunmüddətli görüntüləmə tədqiqatları beyin strukturundakı dəyişikliklərin səbəblərini və nəticələrini daha dəqiq ortaya qoya bilər.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
Bərdədə yeniyetmənin törətdiyi ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlandı - Yenilənib (Foto)
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli





