Hadisə

Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədən qadın biznesmen CƏZALANDIRILDI

5 Dekabr 2025 14:12
Baxış: 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən MMC-lərdən biri 12 Türkiyə vətəndaşını Azərbaycanda yaşayış icazəsi olmadan işlədib.

MMC-nin icraçı direktoru Günel Əlizadə həmin işçilərin müxtəlif vəzifələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını yazılı izahatında bildirib. Həmçinin əcnəbilərin hər biri də öz izahatlarında bu faktı təsdiq ediblər.

Miqrasiya Məcəlləsinin 63.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Lakin qeyd olunan Türkiyə vətəndaşları üçün həmin icazə alınmayıb.

Buna görə də MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.2-ci (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması 3 və daha çox şəxs üçün törədildikdə) maddəsilə protokol tərtib olunub.

Xankəndi şəhər Məhkəməsinin qərarı ilə həmin şirkətə 30 min manat cərimə cəzası verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.