ABŞ administrasiyası yaxın vaxtlarda bir sıra ölkələrin vətəndaşları üçün ölkəyə giriş qaydalarını sərtləşdirə bilər.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem açıqlama verib.
Nazirin sözlərinə görə, sözügedən ölkələrin sayı 30-dan artıqdır. O bildirib ki, hökumətləri stabil olmayan və ABŞ-a gəlmək istəyən şəxslər barədə lazımi məlumatı təqdim etməyən dövlətlərin vətəndaşları üçün xüsusi məhdudiyyətlər nəzərdən keçirilir.
"Əgər həmin ölkələr öz vətəndaşları ilə bağlı məlumat paylaşa bilmirsə və təhlükəsizlik yoxlamalarına yardım göstərmirsə, onların insanların ABŞ-a daxil olmasına niyə icazə verək?", - Noem deyib.
Vaşinqton hazırda girişinə qadağa qoyulan ölkələrin sayını 19-dan 32-yə qədər artırmaq planını müzakirə edir.
Milli.Az





