Dünya

Tramp: İran çox ağır zərbə aldı və bu, ədalətlidir

28 İyul 2025 00:30
Baxış: 276
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran ciddi zərbə aldı və bu, tamamilə ədalətlidir.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə Vaşinqton Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

Tramp əlavə edib ki, rəsmi Tehran son yaşananlardan sonra belə uranı zənginləşdirmək niyyətindən əl çəkməyib:

"Onlar hələ də uranı zənginləşdirməkdən danışırlar. Bunu kim edər? Təzəlikcə dəhşətli bir vəziyyətdən çıxıblar, amma yenə deyirlər ki, davam etmək istəyirlər. Belə bir şey söyləmək üçün nə qədər axmaq olmaq lazımdır? Biz buna imkan verməyəcəyik", - Ağ Ev rəhbəri vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.