Sağlamlıq

Çoban salatına bu məhsulu qatmayın - Yayda təhlükəlidir

28 İyul 2025 01:01
Baxış: 338
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yay aylarında xüsusilə geniş yayılmış xiyar-pomidor salatı düzgün saxlanmadıqda sağlamlıq üçün təhlükə yarada bilər.

Milli.Az xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssis Yelena Spetsenko bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə salata mayonez əlavə edildikdə və yüksək temperaturda uzun müddət saxlanıldıqda bu qarışım zərərli bakteriyalar üçün əlverişli mühit yaradır. Havanın temperaturu 25 dərəcədən artıq olduqda, belə salatlar cəmi 30-40 dəqiqə ərzində stafilokok, salmonella və bağırsaq çöpləri kimi mikroorqanizmlərlə çirklənə bilər.

Xüsusilə yay mövsümündə küçə yeməkləri və marketlərdə satılan hazır salatların təhlükə riski daha yüksək qiymətləndirilir. Mütəxəssis belə hallarda salatın yeməkdən dərhal əvvəl hazırlanmasını və otaq temperaturunda iki saatdan artıq saxlanmamasını tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.