Dünya

İran parlamentində mobil telefondan istifadə qadağan edildi

27 İyul 2025 18:53
Baxış: 334
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran parlamentində mobil telefondan istifadə qadağan edilib.

Milli.Az xəbər verir ki, İran parlamentində mobil telefon və digər rabitə vasitələrinin istifadəsi qadağan edilib. Qərar parlamentin daxili qaydaları və təhlükəsizlik tələbləri çərçivəsində qəbul olunub.

İran mediasının yaydığı məlumata görə deputatlara və parlament əməkdaşlarına qanunvericilik zalında, komissiya iclaslarında və digər rəsmi otaqlarda mobil telefondan, smartfonlardan və şəbəkəyə çıxışı olan cihazlardan istifadə etmək qadağan olunub. Məqsəd məxfi müzakirələrin təhlükəsizliyini təmin etmək və məlumat sızmasının qarşısını almaqdır.

Qadağa dərhal qüvvəyə minib və bütün parlament strukturlarına aid edilir. Rəsmi açıqlamada bildirilir ki, bu addım milli təhlükəsizlik baxımından zəruri sayılır və gələcəkdə digər dövlət qurumlarında da analoji tədbirlərin görülməsi istisna olunmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.