Ölkə

“Bir ölər, min dirilərik” - Polad Həşimovun adaşı dünyaya gəldi - FOTO

27 İyul 2025 12:34
Baxış: 784
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial şəbəkələrdə yayılan bir doğum haqqında şəhadətnamənin görüntüsü geniş marağa səbəb olub.

Milli.Az-ın məlumatına görə, sənədi diqqətəlayiq edən əsas məqam yeni doğulan körpəyə verilən adla bağlıdır. Belə ki, bu ilin 23 iyun tarixində dünyaya göz açan körpəyə "Həşimov Polad" adı verilib.

Uşağın adı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla eynilik təşkil edir. Bu təsadüf ictimaiyyət arasında duyğulu reaksiyalar yaradıb, bir çoxları sosial mediada eyni ifadəni bölüşüb:
"Bir ölər, min dirilərik!"

Xatırladaq ki, Polad İsrayıl oğlu Həşimov 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.