Rusiya

Avqustun 1-dən Rusiyada "WhatsApp" bloklanacaq?

27 İyul 2025 23:47
Baxış: 420
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada "WhatsApp" və "VPN"in bloklanacağı ilə bağlı iddialara rəsmi münasibət verilib.

Milli.Az xəbər verir ki, Rusiyalı jurnalist Anastasiya Kaşevarova avqustun 1-dən etibarən ölkədə WhatsApp messencerinin və VPN xidmətlərinin bloklanacağını iddia edib.

Kaşevarova paylaşımında "WhatsApp"ın dələduzlar, işə cəlbedicilər və Ukrayna Silahlı Qüvvələri üçün əlverişli platformaya çevrildiyini iddia edib. O qeyd edib ki, düşmən jurnalistlərin və hərbçilərin SVO (xüsusi hərbi əməliyyat) zonasında hərəkət marşrutlarını bu messencer vasitəsilə öyrənib.

Lakin Rusiya Dövlət Dumasının İnformasiya Komitəsinin sədri Sergey Boyarski bu məlumatı "şayiə" adlandırıb.

O, gazeta.ru-ya açıqlamasında deyib:

"Bu, həftəsonu yayılan mənasız söz-söhbətlərdən biridir. Nədənsə bəzi həmkarlarımız belə məlumatları yaymağı özlərinə rəva görürlər. Təbii ki, bu cür şayiələrə münasibət bildirməyəcəyəm", - deyə Boyarski bildirib.

Qeyd edək ki, bundan əvvəl WhatsApp-ın Rusiyada ödəmədiyi cərimələrin məbləği 20 milyon rublu keçmişdi.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.