Dünya

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

27 İyul 2025 15:22
Baxış: 658
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayiq şəkildə davranan şəxsi tək yumruqla yerə sərdiyi görünür.

Milli.Az xəbər verir ki, hadisənin harada baş verdiyi məlum olmasa da, görüntülər geniş müzakirələrə səbəb olub.

Videoda əks olunan kişi arvadını narahat edən sərxoş şəxsə müdaxilə edərək onu bir yumruqla zərərsizləşdirib. Bu hadisə cəmiyyətdə iki fərqli mövqeni üzə çıxarıb.

Bəziləri kişinin reaksiyasını haqlı hesab edərkən, digərləri isə şiddətin heç bir halda çıxış yolu olmadığını bildiriblər.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.