Bu şəxslər daha tez ölür - Araşdırma
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər müəyyənləşdirib ki, yaxınının ölümünə həddən çox pis olan insanlar daha tez ölür.
Milli.Az xəbər verir ki, Danimarkanın Orhus Universitetinin alimləri yası ağır formada keçirən insanların sonrakı on il ərzində vaxtsız ölüm riskinin iki dəfə artdığını müəyyən ediblər.
"Frontiers in Public Health" (FPH) jurnalında dərc olunan araşdırmaya 1735 nəfər cəlb olunub. İştirakçıların orta yaşı 63 olub və hamısı yaxın qohumlarını itirmiş şəxslərdir.
Tədqiqatçılar "PGD-13" adlı sorğu vasitəsilə iştirakçıların kədərə qarşı həssaslığını ölçüblər. Nəticələrə görə, dərin və uzunmüddətli yas keçirənlər növbəti on ildə digərlərinə nisbətən iki dəfə daha çox ölüm riski ilə üzləşir.
Aparıcı tədqiqatçı Dr. Mette Kjaergaard Nielsen bildirib ki, əvvəllər ağır kədərin ürək-damar xəstəlikləri, psixi pozuntular ilə əlaqəli olduğu sübut olunmuşdu. Yeni nəticələr isə bu əlaqənin daha ciddi nəticələrə yol aça biləcəyini göstərir.
Araşdırma zamanı həmçinin məlum olub ki, ağır kədər keçirən insanların əksəriyyəti artıq əvvəllər psixi pozuntu diaqnozu almış və müalicə almış şəxslər olub.
Alimlər xatırladır ki, ciddi psixoloji stress "qırılmış qəlb sindromu" (stressdən qaynaqlanan kardiomiyopatiya) yarada bilər. Bu hal adətən qəfil stress hormonlarının yüksəlməsi ilə meydana çıxır və ürəyin normal fəaliyyətini müvəqqəti zəiflədir. Belə vəziyyət infarkt simptomları ilə oxşar olsa da, arteriyalarda tıxanma olmur. Buna baxmayaraq, vəziyyət həyati təhlükə yarada bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
XƏBƏR LENTİ
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib





