Ölkə

Türkiyəyə tətilə getmək istəyən tatu ustasının çantasından patron çıxdı

27 İyul 2025 21:40
Baxış: 401
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbula tətilə getmək istəyən 22 yaşlı şəxs hava limanında saxlanılıb. Onun çantasından patron çıxıb.

Milli.Az musavat.com-a istinadla xəbər verir ki, 22 yaşlı Elçin Əliyev (ad və soyad şərtidir) tatu ustasıdır.

O, həm işi ilə bağlı, həm də Yeni ili qarşılamaq üçün İstanbula getmək istəyib.

Hava limanında onun çantasına baxış keçirilən zaman 9x19 mm kalibrli, döyüş sursatı hesab edilən, istifadəyə yararlı 1 ədəd patron aşkar edilib.

Elçin ifadəsində deyib ki, patronu Xırdalanda tikintinin yaxınlığında yerdən tapıb:

"Sarı qızılı rəngdə parıltılı olduğuna görə xoşuma gəldi. Saxlamaq üçün götürüb çantama qoydum. Suvenir kimi istifadə etmişəm. O vaxtdan da çantamda qalıb. Hava limanına gedəndə həmin çantanı götürmüşdüm. Amma patronun çantada olduğunu unutmuşdum".

Məhkəmə araşdırmasının sonunda Elçin barəsində 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.