Zibil qablarından gələn qoxuya SON
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Evimizdə istifadə etdiyimiz zibil qabları zamanla içərisində bakteriyaların yaranması səbəbindən pis qoxu yaymağa başlaya bilər. Zibil qabları yuyulsa belə, bu qoxu çox vaxt tam aradan qalxmır.
Milli.Az xəbər verir ki, qoxunun evin digər hissələrinə yayılmasının qarşısını almaq üçün isə bəzi təbii üsullardan istifadə etmək lazımdır.
Təmizlik tövsiyələri arasında yer alan bu təbii üsullardan yararlandıqda, zibil qabında pis qoxunun yaranmasının asanlıqla qarşısını almaq mümkündür:
Soda: Soda pis qoxuları udma xüsusiyyətinə malik olduğu üçün zibil qablarında olduqca təsirlidir. Zibil paketini yerləşdirməzdən əvvəl qabın dibinə 1-2 xörək qaşığı soda səpmək lazımdır. Nəm mühitdə qoxu yaradan bakteriyaların çoxalmasını ləngidir. Hər paket dəyişdirildikdə karbonat da yenilənməlidir. Bu üsul qalıcı və ağır qoxuların yaranmasının qarşısını alır.
Limon və ya portağal qabığı: Sitrus meyvələrinin qabıqları təbii yağları sayəsində xoş və təravətli qoxu yayır. Zibil paketinin içinə və ya qapağa yaxın bir yerə bir neçə parça qabıq qoymaq kifayətdir. Eyni zamanda antibakterial xüsusiyyətləri ilə pis qoxuya səbəb olan mikroorqanizmlərin azalmasına kömək edir. Qabıqlar quruduqca təsirini itirdiyi üçün mütəmadi olaraq yenilənməlidir. Kimyəvi maddəsiz, təbii təravət yaradır.
Ağ sirkə: Ağ sirkə zibil qabında qoxuya səbəb olan bakteriyaları məhv edir. Həftədə bir dəfə sirkə və su qarışığı ilə zibil qabının içi və qapağı silinməlidir. Təmizlikdən sonra qabın tam quruması vacibdir. Sirkə qoxusu qısa müddətdə uçduğu üçün narahatlıq yaratmır. Bu üsul qalıcı qoxuların qarşısını almaqda çox effektivdir.
Qəhvə çöküntüsü (qəhvə telvesi): Qəhvə çöküntüsü qoxuları özünə çəkmə xüsusiyyətinə görə təbii qoxuuducu kimi istifadə olunur. İstifadə olunmuş telvə əvvəlcə tam qurudulmalıdır. Daha sonra kiçik bir qabda zibil qabının dibinə yerləşdirilir. Nəmlənərsə qoxu yarada biləcəyi üçün həftədə bir dəfə dəyişdirilməlidir. Eyni zamanda yüngül və xoş bir qoxu buraxır.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Arda Gülər Mbappedən üzr istədi - (Foto)
-
Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
-
Burak Özçivit rus qızların əhatəsində - (Video)
-
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilib
-
Ərdoğanın sabiq baş müşaviri saxlanıldı
-
Ermənistanı növbədənkənar seçkilər gözləyir?
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya ediləcək
-
Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı
-
“Sabah” – “Qarabağ” matçının hakimi açıqlandı
-
Leonardo İncəsənət Məktəbi ilə MiniBoss Biznes Məktəbi birgə "Yaradıcı Sahibkarlıq" proqramına başladı
-
Yeni icra başçısı kimdir?
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz verildi
-
Elçin Yusubov Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
-
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib - Sərəncam
-
Qadınların ata evinə göndərdiyi gizli mesaj - SOS kəlağayısı - (Video)
-
Sibel Canın sevgilisi tutuldu - (Foto)
-
İcbari tibbi sığortada yenilik: Daha bir xəstəliyin dərmanları təminata daxil edilir
-
Azərbaycanın ən hündür asma körpüsünün tikintisindən son görüntülər - (Video)
-
"Şövkət"in “Yaprak Dökümü”nün məşhur səhnəsi ilə bağlı etirafı müzakirə yaratdı (Video)
-
Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası azaldıldı
-
Azərbaycanda bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
15 il sonra yenidən eyni filmdə - (Foto)
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
-
Sumqayıtda şirkətin mühafizəçisi 1750 manatlıq metal oğurladı





