İqtisadiyyat

Qızılın qiyməti rekord həddə

19 Dekabr 2025 01:21
Baxış: 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qızılın birja dəyəri tarixdə ilk dəfə unsiya üçün 4400 dolları keçib.

Milli.Az xəbər verir ki, 18 dekabr tarixində, Bakı vaxtı ilə saat 20:29-a olan ticarətdə qiymətli metalın fevral fyuçersləri 0.79 % artaraq unsiya üçün 4 408.6 dollar səviyyəsinə yüksəlib. Əvvəlki qiymət unsiya üçün 4 398 dollar səviyyəsində qeydə alınıb.

2025-ci ilin əvvəlindən etibarən qızılın birja qiymətləri 60 %-dən çox, gümüşdə isə 116 % artıb. "Bloomberg"in hesablamalarına görə, 2025-ci ildə qızılın 1979-cu ildən bəri ən yaxşı illik artım göstəriciləri qeydə alınıb. Agentliyin izah etdiyi kimi, bu templər mərkəzi banklar tərəfindən aktiv alışlar və investorların istiqraz, valyutalardan çıxışı ilə dəstəklənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.