İqtisadiyyat

ABŞ ilə Aİ razılığa gəldi

27 İyul 2025 22:15
Baxış: 450
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ və Avropa İttifaqı yeni ticarət sazişi imzalayıb.

Milli.Az xəbər verir ki, ABŞ və Avropa İttifaqı arasında yeni ticarət sazişi razılaşdırılıb. Saziş Şotlandiyada ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin görüşü zamanı elan edilib.

Yeni razılaşmaya əsasən, ABŞ Avropa İttifaqından idxal olunan məhsullara 15 faiz tarif tətbiq edəcək. Əvəzində, Aİ ABŞ-dan 600-750 milyard dollar dəyərində enerji məhsulları almağı və əlavə investisiyalar qoymağı öhdəsinə götürüb.

Donald Tramp sazişi "hər kəs üçün yaxşı və ədalətli razılaşma" adlandırıb. Ursula fon der Lyayen isə bu razılaşmanın transatlantik ticarət münasibətlərinin sabitləşdirilməsi üçün mühüm addım olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.