Hadisə

“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı

12 Dekabr 2025 12:33
Baxış: 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 5-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksində yerləşən yaşayış binasındakı yanğında ölənlərin sayı 5-ə çatıb.

Milli.Az xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova xəstəxanada vəfat edib.

Qeyd edək ki, doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, digər mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.

Hadisə nəticəsində Zülfiyyə Yusifova və övladları - 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin onlara köməyə gələn 1953-cü il təvəllüdlü qonşuları Yusif Hüseynov həlak olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.