Dünya

“Eurovision-2024” qalibi mükafatını geri qaytardı

12 Dekabr 2025 12:30
Baxış: 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Eurovision-2024" müsabiqəsinin qalibi, İsveçrəli müğənni Nemo 2026-cı ildə İsrailin yarışda iştirakına icazə verilməsinə etiraz əlaməti olaraq qazandığı kuboku geri qaytarıb.

Milli.Az xəbər verir ki, bu barədə o, Instagram hesabında paylaşım edib.

"Keçən il Eurovision-u qazandım . Bu icmaya sonsuz təşəkkürüm var, amma bu gün artıq düşünürəm ki, kubok mənim rəfimdə olmamalıdır", - deyə o yazıb.

Qeyd edək ki,  Avropa Yayım Birliyinin (EBU) İsrailin 2026-cı il "Eurovision" Mahnı Müsabiqəsində iştirakını təsdiqləməsindən sonra altı ölkə - İspaniya, Hollandiya, Sloveniya, Belçika, İslandiya və İrlandiya - yarışmadan çəkildiklərini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.