Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qəza olub.
Milli.Az-ın məlumatına görə, hadisə"Opel" markalı avtomobilin aşması nəticəsində baş verib.
Sürücü və 2 qadın sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Qəza səbəbilə Bakı-Qazax magistralında tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır. (APA)
Milli.Az





