Hacıqabulda qəza - 3 nəfər xəsarət alıb - FOTO

19 Mart 2026 18:48

Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qəza olub.

Milli.Az-ın məlumatına görə, hadisə"Opel" markalı avtomobilin aşması nəticəsində baş verib.

Sürücü və 2 qadın sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Qəza səbəbilə Bakı-Qazax magistralında tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az