Siyasət

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb - FƏRMAN

19 Mart 2026 18:01
Baxış: 307

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"yə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərinin sayı 5-ə çatdırılıb.

Qeyd edək ki, əvvəl nazirin dörd müavini var idi.

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.