Mədəniyyət

“Dostoyevski FM: Mordasov xronikası” tamaşasının məşqlərinə başlanılıb – FOTO

19 Mart 2026 18:27
Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Akademik Milli Dram Teatrında F.M.Dostoyevskinin "Dayının yuxusu" povesti əsasında hazırlanacaq "Dostoyevski FM: Mordasov xronikası" tamaşasının məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru, səhnələşdirmə müəllifi və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, işıq üzrə rəssamı Rəfael Həsənov, rejissor assistenti Fəridə Zülfüqarlıdır.

Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, onları yeni səhnə əsərinin məşqlərinə başlanılması münasibətilə təbrik edib, uğurlar arzulayıb. 

Milli.Az xəbər verir ki, yeni səhnə əsərində əməkdar artistlər Sənubər İsgəndərli,  Ayşad Məmmədov, Elşən Rüstəmov, aktyorlar Lalə Süleymanova, Nərminə Məhərrəmova, Cavidan Novruzov, Vüsal Mustafayev, Nigar Güləhmədova, Rada Nəsibova, Güney Əkbərova iştirak edirlər. 

F.M.Dostoyevskinin 1859-cu ildə qələmə aldığı "Dayının yuxusu" povestində hadisələr kiçik əyalət şəhərində baş verir. Əsərin mərkəzində hiyləgər və ambisiyalı qadın - Marya Aleksandrovna dayanır. O, qızı Zinanı varlı və yaşlı knyazla evləndirmək istəyir. Şəhərə gələn knyaz bir qədər qəribə, yaddaşı zəif və asan təsir altına düşən adamdır. Marya Aleksandrovna knyazı inandırır ki, onun qızına evlilik təklif edib. Lakin hadisələr dolaşıq hal alır: knyaz ayılanda hər şeyi "yuxu" kimi xatırladığını deyir. Bu isə böyük qalmaqala və komik vəziyyətlərə səbəb olur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.