Siyasət

İlham Əliyev şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib

19 Mart 2026 17:46
Baxış: 195

"Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol" təsdiq edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il oktyabrın 8-də Moskva şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərtlə imzalanmış "Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol" təsdiq edilməlidir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.