Samux Rayon İcra Hakimiyyətinin (RİH) Başçısı Firdovsi Əliyev özünə yeni müavin təyin edib.
Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı o, müvafiq əmr imzalayıb.
Məlumata görə, Elmar Qarayev Başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
O, yeni təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.
Milli.Az





