Muğlanın Bodrum rayonunun Gündoğan məhəlləsində atasına məxsus iş yerində çalışan 19 yaşlı Furkan Avcunun üzərinə ağır mərmər lövhə düşüb.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində ağır yaralanan gənc ətrafdakıların məlumatı əsasında hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Furkan Avcunun həyatını xilas etmək mümkün olmayıb.
Gəncin vəfatı ailəsi və yaxınları üçün böyük faciəyə səbəb olub.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Kənan
Milli.Az