Ölkə

Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq

21 Yanvar 2026 20:43
Baxış: 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bəzi ərazilərində yanvarın 22-də elektrik enerjisinin verilişi dayandırılacaq.

Milli.Az-ın məlumatına görə, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq Araz SES-dən qidalanan 35 kV Nehrəm və 35 kV Havalimanı elektrik xətləri razılaşdırılmış sifariş əsasında açılacaq. Bu səbəbdən Nehrəm, Araz, Ərəzin, Bənəniyar, Əbrəqunus, Saltaq, Milax, Ərəfsə, Ləkətağ , Kırna və Əlincə kəndlərində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.