Şad xəbər: Bu cərimələr silinir - vəkil açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda bir çox vətəndaş "myGov" platformasına daxil olarkən "cərimələr" bölməsində pandemiya dövründən qalmış maska və karantin qaydalarının pozulması ilə bağlı inzibati cərimələrin hələ də aktiv olduğunu görür. Halbuki ictimaiyyət arasında yayılan bəzi məlumatlarda bu cərimələrin beş ildən sonra avtomatik olaraq silinəcəyi iddia edilirdi. Lakin aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin cərimələr ləğv olunmayıb və sistemdə qalmaqda davam edir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı vəkil Babək Umudov Sfera.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə görə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir.
"Bu o deməkdir ki, karantin dövründə vətəndaşlar barəsində tətbiq edilmiş inzibati cərimələrin məcburi icrası üçün artıq heç bir tədbir görülə bilməz. Ancaq burada bir məqam diqqətə alınmalıdır ki, vətəndaş bu cərimənin ödənişindən qəsdən yayınmamış olsun. Yəni vətəndaş cərimədən yayınmaq üçün gizlənib, icra məmurunun çağırışlarından yayınıbsa və buna görə vətəndaş barəsində axtarış elan edilibsə, bu halda 5 illik müddət dayandırılır və vətəndaş tapıldıqdan sonra müddətin axımı davam edir.
Vətəndaş heç bir yayınma etməyibsə, cərimənin silinməsi üçün onu tətbiq edən orqana yazılı (elektron) qaydada müraciət edərək və müraciətində İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə istinad edərək, ona tətbiq olunmuş inzibati cərimənin silinməsini tələb edə bilər", - vəkil qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polis “Sabah” – “Barselona” oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - (Foto)
-
Yevlaxda baş vermiş ağır qəzada ölənlərdən birinin kimliyi məlum oldu - Yenilənib
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - Yenilənib - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Sabah Qəbələdə qaz olmayacaq
XƏBƏR LENTİ
-
Yarım qalan hər şey beynimizi məşğul edir: Zeyqarnik effekti nədir?
-
Minlərlə sakinin yaşadığı kənddə cəmi 1 küçə var
-
Limon və portağalı geridə qoydu: Bir dənəsi gündəlik C vitamini ehtiyacını ödəyir
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Polis “Sabah” – “Barselona” oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - (Foto)
-
Yevlaxda baş vermiş ağır qəzada ölənlərdən birinin kimliyi məlum oldu - Yenilənib
-
Hans Flik: "Sabah" qəhrəmancasına mübarizə apardı"
-
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
-
Günün qoroskopu: Bu gün sözlərinizin çəkisi artacaq
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - Yenilənib - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub oldu - Yenilənib - (Video)
-
Nazirlər “Sabah” - “Barselona” oyununda - (Video)
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
-
Masallıda musiqi müəllimləri və şagirdlər üçün ustad dərsləri keçirilib - (Foto)
-
Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama
-
İsmayıllıda traktor iki hissəyə parçalandı, 4 yaralı var - (Foto)
-
Azərbaycanlı iş adamı Turqut Hüseynov beynəlxalq uğurlarından danışdı - (Foto/Video)
-
Eldəniz Zeynalovun ailəsinin faciəsi - Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir





