Hadisə

Bakıda çoxmərtəbəli binada yanğın olub - YENİLƏNİB - VİDEO

21 Yanvar 2026 23:05
Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Milli.Az xəbər verir ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının onüçüncü mərtəbəsində ümumi dəhlizin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir ədəd kombi avadanlığı yanıb.

Xəsarət alan olmayıb.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.