Hadisə

Bakıda motosikletlə avtomobil toqquşdu - 1 nəfər ağır yaralandı - FOTO

21 Yanvar 2026 22:40
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə motosikletlə "Renault" markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, motosikletin sürücüsü ağır dərəcəli bədən xəsarətləri alıb və huşsuz vəziyyətdə təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Əraziyə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.