Dünya

Estetik əməliyyat faciə ilə bitdi - Toyuna günlər qalmışdı... - FOTO

29 May 2025 10:18
Baxış: 2 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Toyuna hazırlaşan Antonella Cortéz Chistama adlı qadın bədən formasını düzəltmək üçün liposkulptura əməliyyatı etdirməyə qərar verib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı onun vəziyyəti qəfil pisləşib və reanimasiyaya aparılıb. Lakin prosedur zamanı infarkt keçirən 34 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı ailə hüquq-mühafizə orqanlarına müraciət edib. Polis araşdırmalar zamanı klinikanın fəaliyyətində ciddi pozuntular aşkar edib və müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb. Klinika səhlənkarlıqda ittiham olunur.

Antonellanın qəfil ölümü ölkədə estetik əməliyyatların təhlükəsizliyi ilə bağlı geniş müzakirələrə səbəb olub.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.