Dünya

Trampa 400 milyonluq hədiyyə verəcəklər

12 May 2025 15:00
Baxış: 1 072
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ prezidenti Donald Trampa milyonlarla dollarlıq hədiyyə ediləcəyi barədə xəbərlər dolaşır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Qətər rəsmiləri ona 400 milyon dollarlıq "Boeing 747-8" təyyarəsini hədiyyə edib-etməmək barədə qərar verə verməyiblər.

Bu haqda Qətərin ABŞ-dəki mətbuat attaşesi Əli Əl-Ansari danışıb.

Hazırda məsələnin nəzərdən keçirildiyi bildirilib.

ABŞ-nin "ABC" telekanalı da Trampın Qətər kral ailəsindən hədiyyə olaraq, Boeing 747-8 təyyarəsini almağa hazırlaşdığı barədə xəbər vermişdi.

Təyyarənin gələn həftə  təhvil verilə biləcəyi də məlumatda yer alıb.

Hüseyn
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.