ABŞ prezidenti Donald Trampa milyonlarla dollarlıq hədiyyə ediləcəyi barədə xəbərlər dolaşır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Qətər rəsmiləri ona 400 milyon dollarlıq "Boeing 747-8" təyyarəsini hədiyyə edib-etməmək barədə qərar verə verməyiblər.
Bu haqda Qətərin ABŞ-dəki mətbuat attaşesi Əli Əl-Ansari danışıb.
Hazırda məsələnin nəzərdən keçirildiyi bildirilib.
ABŞ-nin "ABC" telekanalı da Trampın Qətər kral ailəsindən hədiyyə olaraq, Boeing 747-8 təyyarəsini almağa hazırlaşdığı barədə xəbər vermişdi.
Təyyarənin gələn həftə təhvil verilə biləcəyi də məlumatda yer alıb.
Hüseyn
Milli.Az