Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün axşam saatlarında İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasına reaksiya verib.
Milli.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Bildirilib ki, Paşinyan yürüş iştirakçılarının bu addımını tənqid edib və bayraqların yandırılmasını təxribat hesab edir.
"Baş nazir Paşinyan belə bir praktikanı qınayır, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribatçı və qızışdırıcı praktikadır", - deyə Nazeli qeyd edib.
Fidan
Milli.Az