Ölkə

"Olaylar" qəzetinin 30 yaşı tamam olur

24 Aprel 2025 13:05
Baxış: 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan mətbuatında öz izi və dəst-xətti ilə seçilən "Olaylar" qəzetinin və eyniadlı informasiya agentliyinin 30 yaşı tamam olur.

Milli.Az-ın məlumatına görə, 1995-ci ilin bu günündə ilk dəfə agentlik və qəzet olaraq oxucuların diqqət mərkəzində idisə, indi artıq "Olaylar" həm də operativ fəaliyyət göstərən internet saytıdır.

Qəzet fəaliyyətə başlayarkən cəmi bir neçə əməkdaşı olsa da, çox qısa bir müddətdə qəzetin və agentliyin həm ümumi, həm də yaradıcı tərkibi böyüdü və ən çox istinad edilən qəzetlərdən oldu. "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin yüzlərlə fəxri diplomu və təşəkkürnamələri var. Hazırda agentlik öz xəbərlərini oxucularına 4 dildə - azərbaycan, türk, ingilis və rus dillərində təqdim edir.

İnformasiya agentliyinin saytında "Olaylar" İA-nın və "Olaylar" qəzetinin xəbərləri, siyasət, sosial, mədəniyyət, şou-biznes, idman, kriminal, Güney Azərbaycan, din və digər mövzularda araşdırma yazıları, analitik materiallar yerləşdirilir. "Olaylar" yarandığı gündən indiyədək ölkədə və dünyada baş verən siyasi, iqtisadi, mədəni hadisələri işıqlandıran, baş verən hadisələrə hər zaman obyektiv mövqe göstərən informasiya agentliyidir.

Milli.Az kollektivi "Olaylar"ın kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.