Ölkə

Mədət Quliyevi bu xanım əvəz edəcək - FOTO

24 Aprel 2025 16:05
Baxış: 1 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi,  Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib. Maraqlıdır, bəs Mədət Quliyevi kim evəz edəcək? 

Milli.Az xəbər verir ki, Mədət Quliyevi Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva əvəz edir.

Elnarə Musayeva faktı Manset.az-a təsdiqləyib:

"Bütün federasiyalarda olduğu kimi, bizim federasiyada da işlər əvvəlki qaydada davam edir. Bu məlumat hələ təzə yayıldığı üçün biz öz işimizi əvvəlki kimi davam etdiririk. Təbii ki, federasiya prezidenti gecə-gündüz işlərə birbaşa nəzarət etmir. İşlərin idarə olunmasını mən həyata keçirirəm. İş rejimi necə idisə, eyni qaydada davam edir".

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.