Dünya

"Trampın üzünə telefonu qapadım" - BBC-nin müxbiri

16 İyul 2025 10:36
Baxış: 1 076
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"BBC News"un jurnalisti, Şimali Amerika üzrə baş müxbiri Gary O`Donohyu ABŞ prezidenti Donald Trampla eksklüziv müsahibədən əvvəl maraqlı hadisə yaşayıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, O`Donohyu ötən il Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə Trampa qarşı baş verən sui-qəsd cəhdindən bir il sonra keçirilən müsahibənin gərgin hazırlıq prosesi barədə danışıb. O bildirib ki, müsahibənin baş tutması üçün bir neçə uğursuz cəhd olsa da, o, nəticədə evində yuxuya getdiyi bir anda Ağ Evdən zəng alıb.

Jurnalist etiraf edib ki, Trampın zəngi zamanı o, yuxudan ayılaraq telefonu təsadüfən söndürüb.

"Telefon məni yuxudan oyatdı və dedilər: 'Prezident indi sizin üçün xəttdədir'. Mən də otağa qaçıb səs yazıcımı götürdüm, amma tələsik zəngi təsadüfən söndürdüm," - deyə O`Donohyu bildirib.

Jurnalist daha sonra təkrar zənglə müsahibəni gerçəkləşdirə bilib. Planlaşdırılan 5 dəqiqəlik söhbət 20 dəqiqəyə qədər uzanıb.O`Donohyumüsahibə boyu Trampın "reflektiv və açıq" əhvalda olduğunu qeyd edib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.