İdman

MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO

16 İyul 2025 09:45
Baxış: 1 820
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İyulun 15-i axşam saatlarında Dağıstanın paytaxtı Mahaçqalada tanınmış MMA döyüşçüsü Timur Xızrıyevə silahlı hücum edilib.

Milli.Az rusiya mediasına istinadla xəbər verir ki, hücum nəticəsində o, ağır yaralanıb.

Hücum iki naməlum, maskalı şəxs tərəfindən həyata keçirilib. Hadisə Daniyalov küçəsində, yaşayış binasının yaxınlığındakı dayanacaqda baş verib. Müşahidə kameralarının görüntüləri sosial şəbəkələrdə yayılıb.

İlkin məlumatlara əsasən, Timur Xızrıyev hücum zamanı avtomobilindən düşüb və həmin anda atəşə tutulub. Onun vəziyyəti ilə bağlı rəsmi tibbi açıqlama verilməyib. Hücumun motivi isə hələlik məlum deyil.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.