Ölkə

"Evi alıram, kartını at, beh göndərim" deyib vətəndaşı qarət etdi

24 Aprel 2025 13:56
Baxış: 1 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Smartfonlarınızda cinayətkar var" - DİN-dən vətəndaşlara xəbərdarlıq.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev vətəndaşlara kiber təhlükələr barədə ciddi xəbərdarlıq edib.

O bildirib ki, insanlar smartfonlarından istifadə zamanı ehtiyatsız davranarsa, kibercinayətkarların hədəfinə çevrilə bilərlər:

"Əlinizdə olan smartfonlarda cinayətkar var. Ehtiyatsız olsanız, sizi talayacaqlar".

Elşad Hacıyev qeyd edib ki, vətəndaşlar naməlum şəxslərə inandıqları anda maddi ziyana düşürlər:

"Kiber risklər, əsasən, xaricdə formalaşdırılan cinayətkar qruplar tərəfindən həyata keçirilir. Məsələn, vətəndaş evini elan saytında satışa çıxarır. Naməlum şəxs zəng edərək, evi almaq istədiyini deyir və beh göndərmək üçün kart məlumatlarını istəyir. Təəssüf ki, bəzi insanlar bu zaman təkcə 16 rəqəmli kart nömrəsini deyil, əlavə məxfi məlumatları da təqdim edirlər. Nəticədə, həmin vətəndaşın bank kartından 9920 manat oğurlanıb".

DİN rəsmisi vətəndaşları bir daha heç bir halda kartın PIN kodu, CVC kodu və digər şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.