Türkiyə

İstanbulu təcili boşaldırlar - VİDEO

24 Aprel 2025 11:44
Baxış: 1 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində baş verən ardıcıl zəlzələlərdən sonra şəhər sakinləri arasında panika yaranıb.

Milli.Az  "Sabah" nəşrinə istinadla bildirir ki, zəlzələdən sonra bir çox vətəndaş şəhəri tərk edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların əsasən Tekirdağ istiqamətinə doğru hərəkət etdiyi görünür.

Qeyd edək ki, ötən gün baş verən zəlzələlər arasında ən güclüsünün maqnitudası 6,2 olub və bu təkanlar təxminən 10 saniyə davam edib. Hadisə zamanı 151 nəfər panika səbəbindən özünü binalardan atıb, ümumilikdə isə 240-a yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.